AZ

Bu, təhsilə əlaçatanlığı daha da artıracaq - Nazir müavini

"Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq".
 
Bakıvaxtı.az
xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Təhsil tələbə krediti ilə bağlı nəzərdə tutulan dəyişikliklərə münasibət bildirən nazir müavininin sözlərinə görə, təhsil tələbə kreditləri vətəndaşın maliyyə sabitliyinə və rifahına müsbət təsir edib:

"Sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların (59 faiz) üstünlük təşkil etdiyini görürük".
 
Qeyd edək ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərarla BURADAN (https://bakivaxti.az/az/posts/detail/bu-sexsler-de-tehsil-kreditleri-ala-bilecekler-1715666841) oxuya bilərsiniz. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
bakivaxti.az

1Mənbələr