AZ

“Neftçi”dəki oyunumdan çox razıyam" – Xarici hücumçu

"Mən hücumçuyam, missiyalarımdan biri qol vurmaqdır, amma təbii ki, het-trik hər zaman diqqət çəkir.

Qollarıma görə çox sevindim. Oyunumdan çox razıyam".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı hücumçusu Andre Şinyaşiki ölkəsinin mətbuatına açıqlamasında deyib.

Premyer Liqanın 34-cü turunda "Kəpəz"lə oyunda (5:1) het-trik edən futbolçu komandasının avrokubok şansları şansları haqda da nikbin danışıb:

"İki tur qalıb. Bu iki oyunda qalib gəlsək, ikinci yeri tutacağıq.

Oyunlarımızdan biri birbaşa rəqiblə, biri isə heç bir iddiası qalmayan komanda ilə olacaq. Amma biz hər ikisinə eyni şəkildə hörmətlə yanaşırıq”.

26 yaşlı "sambaçı" bu mövsüm "Neftçi"də 31 oyuna 5 qol vurub, 6 qol ötürməsi edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sportinfo.az

1Mənbələr