AZ

“X Xəstəlik” pandemiyası peyvənd olunmuş Yer kürəsi sakinlərini təhdid edir

Gent Universitetinin professoru Girt Vanden Bosşe bununla bağlı narahatlığını ifadə edib.

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin bildiridiyinə görə, "X xəstəliyinin" yeni pandemiyası ilk növbədə peyvənd edilmiş insanları təhdid edir. Çünki dəfələrlə peyvənd olunan insanların immuniteti zəifləyib. Alimin fikirlərinin dərci elm aləmində geniş rezonans doğurub.

Alim xəbərdarlıq edib ki, nəticələri çox ciddi ola bilər. Peyvəndləmə nisbətlərinin xüsusilə yüksək olduğu ölkələrdə əhali bir sıra ümumi xəstəliklər üçün artan risk altındadır və həmçinin mümkün yeni viruslara daha həssas olacaq. Bədən peyvəndlərin daimi köməyinə alışır və artıq yeni hücumların öhdəsindən gələ bilmir.

Ancaq pandemiyadan sonrakı dövrdə vaksinlərin həddindən artıq istifadəsi nəticəsində yaranacaq təkcə sağlamlıq problemləri deyil. ABŞ-da artıq vəziyyətdən istifadə edərək prezident seçkilərini ləğv etmək imkanından danışırlar.

Dünyanın bir sıra digər ölkələrində də peyvəndlərin təhlükəsizliyi və effektivliyi ilə bağlı müxtəlif səviyyələrdə suallar qaldırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
aztibb.az

1Mənbələr