AZ

Rəşad Dağlı əfv olunacaq? -

Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs, əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?
Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır:"Əfv haqqında əsasnamə var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma Əfv haqqında əsasnaməyə əsasən, qayda belədir". Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Dağlı 9 il azadlıqdan məhrum edilib.

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
39
metbuat.az

10Mənbələr