AZ

Qərb Rusiyaya qarşı fəaliyyətini Ukrayna cəbhəsindən davam etdirəcək -ŞƏRH

Rusiya xarici işlər naziri vəzifəsinə namizəd Sergey Lavrov deyib ki, əgər Qərb ölkələri Ukrayna böhranını döyüş meydanında həll etmək istəyirlərsə, Moskva buna hazırdır.
“Bu, onların haqqıdır. Əgər döyüş meydanı istəyirlərsə, döyüş də olacaq”, - Lavrov bildirib.

 Sergey Lavrovun fikirlərini şərh edən tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Lavrov özünəxas manevrlər ilə yarızarafat, yarıciddi açıqlamalar etməyə davam edir:
 "Hər kəs yaxşı bilir ki, nə Rusiya Qərbə, nə də Qərb Rusiyaya müharibə elan edəcək. Çünki olası Qərb-Rusiya müharibəsində nüvə silahlarından mütləq şəkildə istifadə olunacaq. Düşünürəm ki, bu səbəbdən Qərb Ukranyadan poliqon kimi istifadə edərək Rusiya ilə mübarizəsinə davam edəcək".
 
Politoloq əlavə edib ki, Lavrovun açıqlamalarına gəldikdə isə bu, siyasi blefdir: 
"Əlbəttə, Lavrov bu açıqlamanı etməklə həm təhlükəsizlik şurasının sədri Dmitri Medvedyevin, həm də Putinin dəfələrlə verdiyi açıqlamanı təkrarlamış olur. Çünki Rusiyanın Qərbə qarşı qoya biləcəyi yeganə güc nüvədir. Rəsmi Moskva bir neçə dəfə olası Qərb-Rusiya müharibəsində nüvə gücündən istifadə edəcəyini açıqlayıb. Düşünürəm ki, bu səbəbdən Qərb Rusiyaya qarşı fəaliyyətini Ukrayna cəbhəsindən davam etdirəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
sherg.az

1Mənbələr