AZ

Putin Patruşevi özünə köməkçi təyin edib

Rusiya prezidenti Vladimir Putin Nikolay Patruşevi Rusiya Federasiyası prezidentinin köməkçisi təyin edib. 


Missiya.Az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.


Bildirilir ki, Putin Vladimir Medinski, Dmitri Mironov, Andrey Fursenko və Yuri Uşakovu yenidən Rusiya Federasiyası prezidentinin köməkçiləri təyin edib.


Məlumata görə, Dmitri Peskov yenidən Rusiya dövlət başçısının mətbuat katibi vəzifəsinə təyin edilib.



Daşqın Həsənov
Missiya.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
missiya.az

1Mənbələr