AZ

Argentina prezidentinə butulka atan şəxsə 3,5 il həbs cəzası verilib

Argentina prezidenti Xavyer Milyə butulka atan şəxs 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Qaston Mercansini prezidentə andiçmə mərasimi günü, dekabrın 10-da hücuma cəhd edib.

“O, Miley və onun bacısı Karine-yə yüngül bədən xəsarəti yetirməyə cəhddə, habelə mühafizəçiyə qismən bədən xəsarəti yetirməkdə ittiham olunurdu”, materialda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
aznews.az

1Mənbələr