AZ

Putin Şoyqunu kənara atmadı: Müdafiə Nazirliyi sisteminin daha çox...

Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən sonra Sergey Şoyqunu müdafiə naziri postundan göndərərək, onun yerinə baş nazirin keçmiş birinci müavini Andrey Belousovun gətirilməsini təklif edib.

Putinin bu qərarı ilin ən kritik kadr dəyişikliyi hesab olunmaqla yanaşı, müzakirələrə səbəb olub. Hesab olunur ki, Putin Şoyquya etibar etmədiyi üçün onu vəzifəsindən uzaqlaşdırıb.

Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında Putinin qərarını şərh edib.

Onun sözlərinə görə, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyində korrupsiya halları aşkarlanıb. Hətta Rusiya müdafiə nazirinin müavini Timur İvanov korrupsiyada şübhəli bilinərək həbs edilib. Bu, kifayət qədər ciddi məsələdir. Putin Belousova vəzifə verməklə, orduda korrupsiya hallarının aradan qaldırılmasını istəyə bilər:

"Putinin kadr dəyişikliyinin bir neçə səbəbi ola bilər. Birincisi, Putin Şoyqunu kənara atmadı. Onu Təhlükəsizlik Şurasının katibi təyin etdi. Bu, kifayət qədər önəmli bir postdur. Bundan əlavə, Şoyqu hərbi-sənaye kompleksi üzrə komissiyada Putinin müavini olacaq. Bu, Putinin Şoyquya olan etimadından irəli gələ bilər”.

Müsahibimiz qeyd edib ki, digər tərəfdən, iqtisadi sferada olan bir şəxsin müdafiə naziri təyin olunması Müdafiə Nazirliyi sisteminin daha çox Baş Qərargahın üzərinə keçirilməsi məqsədi daşıya bilər:

“Bunun ordu daxilində qütbləşmənin aradan qaldırılmasına yönəlmiş addım olması mümkündür. Yəni hərbi rütbəli şəxslərin avtoritetliyini aşağı salmaq məqsədi daşıya bilər".

Qeyd edək ki, Andrey Belousov Rusiya İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik edib. Eyni zamanda uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və hökumət sədrinin birinci müavini olub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
44
bakivaxti.az

10Mənbələr