AZ

Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Ötən gün Hindistanın Mumbay şəhərində baş verən toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsinin uçub. Hadisə nəticəsində ölənlərin sayı 14-ə çatıb
"Operativ Media" xəbər verir ki, bu barədə “India Today”in məlumat yayıb.

Bildirilib ki, Mumbay polisi dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdirir.

Polis hadisə zamanı yaralanan 70-dən çox insanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, toz fırtınasının təsiri altında qalan Mumbayda uçuşlar dayandırılıb, görmə qabiliyyətinin aşağı olması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
operativmedia.az

1Mənbələr