AZ

İrəvandakı aksiyalarda saxlanılan Türkiyə konsulunun qatili azadlığa buraxıldı – YENİLƏNİB – FOTO

Türkiyə konsulunun qətlinə görə 40 il ABŞ həbsxanasında yatan və İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan ASALA terrorçusu Hampiq Sasunyan azadlığa buraxılıb.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan “Telegram” kanallarında videogörüntülər yayılıb.

Görüntülərdə Sasunyanın Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazanla (Qalstanyan) birlikdə etirazçılar əhatəsindəki kadrları yer alıb.

———-
10:09

İrəvanda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasiya prosesinə qarşı çıxan etirazçıların nümayişləri davam edir.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu gün səhər polis artıq 7 etirazçını saxlayıb.

Məlumata görə, saxlanılanlar arasında “ASALA” terror təşkilatının üzvü olan Ambik Sasunyan da var.

Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi terrorçunun azadlığa buraxılmasına qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
editor.az

1Mənbələr