AZ

"Gəzməyi yığışdırın!"

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deputatları iclas zamanı zalda “gəzməyi dayandırmağa” və öz səlahiyyətlərinə məsuliyyətlə yanaşmağa çağırıb.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Hörmətli həmkarlar, zəhmət olmasa, zalda gəzməyi dayandırın. Hesab edin ki, canlı yayımdayıq və insanlar sizə baxır. Siz seçilmiş insanlarsınız. Ona görə də deputatlar öz səlahiyyətlərinə, xüsusən də kadr məsələlərinə məsuliyyətlə yanaşmalıdır, bu çox əhəmiyyətli məsələdir. Gəzmək, arxa çevirmək, sanki məsuliyyətə hazır deyilsiniz. Sizin bu məsələyə məsuliyyətsiz yanaşmanız hamını narahat edir. Bu barədə fikirləşin!”, - deyə Volodin görüşdə deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
publika.az

2Mənbələr