AZ

Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan

Bakı, 14 may, AZƏRTAC

Bu gün Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialı start götürəcək.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu beynəlxalq turnirdə Ümid Rüstəmov (57 kiloqram), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kiloqram), Ruslan Rüstəmov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram) və Mirşərif Kazımzadəyə (75 kiloqram) şans verəcəklər.

Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azertag.az

1Mənbələr