AZ

İrəvandakı aksiyalarda saxlanılan Türkiyə konsulunun qatili azadlığa buraxıldı - YENİLƏNİB - VİDEO

İrəvandakı aksiyalarda saxlanılan Türkiyə konsulunun qatili azadlığa buraxıldı - YENİLƏNİB - VİDEO

Türkiyə konsulunun qətlinə görə 40 il ABŞ həbsxanasında yatan və İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan ASALA terrorçusu Hampiq Sasunyan azadlığa buraxılıb.

Bu barədə Ermənistan "Telegram" kanallarında videogörüntülər yayılıb.

Görüntülərdə Sasunyanın Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazanla (Qalstanyan) birlikdə etirazçılar əhatəsindəki kadrları yer alıb.


10:40

İrəvanda keçirilən etiraz aksiyaları zamanı ASALA terrorçusu, Türkiyə konsulunun qətlinə görə 40 il ABŞ həbsxanasında yatan Hampiq Sasunyan erməni polisi tərəfindən saxlanılıb.

Bununla bağlı Ermənistan "Telegram" kanallarında videogörüntülər yayılıb.

"Erməni soyqırımı məsələsində ədalət mübarizləri" təşkilatının üzvü Hampiq Sasunyan Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxanların sırasına qatılıb.

Qeyd edək ki, Hampiq Sasunyan 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirib, 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
sonxeber.az

3Mənbələr