AZ

Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar » AzadMedia.az


 
İyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək AÇ-2024-ün final mərhələsində yeni qaydalar tətbiq olunacaq. 

Bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

Tətbiq olunan qaydalara əsasən, maçt zamanı yalnız komadanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda, yəni, oyunun referisinə başqa futbolçu yaxınlaşsa, cəzalandırılacaq. 

Qurum rəsmisi bildirib ki, bu Nyonda keçirilən UEFA Futbol Şurasının iclasında müzakirə edilən mövzulardan başlıcası olub: “Bu qaydanın tətbiqedilmə səbəbi təhlükəsizlikdir. Hər hansı bir qərarda oyunçuların hakimin üstünə gəlməsi futbolun imicinə zərərlidir. Futbolçuların hakimə hörmət etməsi, məsafə saxlaması kapitanın məsuliyyəti olacaq. Kapitanının roluna məhəl qoymayan, hakimə hörmətsizlik və ya fikir ayrılığı əlaməti göstərən hər bir oyunçuya xəbərdarlıq ediləcək. Əgər kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, bu rolu yerinə yetirə biləcək kənar oyunçu təyin etmək lazım gələcək.

Hakimlər bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün kapitanlarla müzakirələrdə açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçularla inam yaratmağa və müasir hakimlərdən tələb olunan liderlik tipini nümayiş etdirməyə imkan verəcək. UEFA-nın hakim-mütəxəssislər komandası və mümkün olduqda turnirin hakimi 24 komandanın hər biri ilə görüşərək, bunu daha ətraflı müzakirə edəcək və bu məlumatı oyunçularla bölüşəcək. Hakimlərlə komanda kapitanları arasında konstruktiv dialoqa şərait yarada bilsək, hamı bundan faydalanacaq”. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
8
azadmedia.az

10Mənbələr