AZ

Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi həbs olundu

Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov həbs olunub.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Kuznetsov külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Belə ki, onun kommersiya strukturlarının xeyrinə hərəkət etmək üçün həmin strukturların nümayəndələrindən rüşvət aldığı müəyyən edilib.

Axtarışlar zamanı Kuznetsovun 100 milyon rubl dəyərində vəsaiti müsadirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
olaylar.az

1Mənbələr