AZ

PSJ-dən Mbappe ilə prezidentin davasına reaksiya: Təəssüf doğurur

PSJ hücumçu Kilian Mbappenin prezident Nasser Əl-Xelaifi ilə dava etməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, Paris klubu iddiaları təkzib edib:

“Bu gün daha çox saxta xəbərlərin yayıldığını görmək təəssüf doğurur. Mübahisə yox idi. Prezident və Kilian mövsümün sonunda ayrılmaq barədə məsələni aydınlaşdırmaq üçün matçlardan əvvəl müntəzəm olaraq görüşürdülər. Bütün görüşlər konstruktiv və hörmətli keçib”.

Qeyd edək ki, Mbappe ötən həftə PSJ-dən ayrılacağını açıqlayıb. Onun növbəti klubunun "Real" olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
publika.az

10Mənbələr