AZ

Həbs olunan idarə rəisinin evindən görün nələr çıxdı: 100 milyon pul, qızıl sikkələr...

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı Rusiya Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi Yuri Kuznetsovun evində 100 milyon rubldan çox pul tapıblar.

Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Kuznetsovun faktiki yaşayış və qeydiyyat yerində qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar da tapılıb.

Onun həbsi mayın 14-də səhər saatlarında məlum olub . Kuznetsov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (“Xüsusilə külli miqdarda rüşvət alma”) ilə ittiham olunur. Bu maddəyə əsasən, onu 15 ilə qədər həbs gözləyir. İstintaqın məlumatına görə, saxlanılan şəxs 2021-ci ildən 2023-cü ilə qədər olan müddətdə onların xeyrinə müəyyən hərəkətlər etdiyi üçün kommersiya strukturlarından rüşvət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
publika.az

10Mənbələr