AZ

Reklam lövhəsi 8 nəfərin həyatına son qoydu


7NEWS.az xəbər verir ki, Hindistanın Mumbay şəhərində toz fırtınası nəticəsində nəhəng reklam lövhəsi aşıb, 8 nəfər həlak olub. Fırtına səbəbindən şəhərin Ghatkopar bölgəsindəki yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi aşıb. Çoxlu avtomobilin üzərinə düşən reklam lövhəsinin altında qalması nəticəsində 8 nəfər ölüb, 59 nəfər yaralanıb. Milli Fəlakətlərə Müdaxilə Qüvvələri (NDRF) dağıntılar altında qaldığı təxmin edilən 20 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
7news.az

1Mənbələr