AZ

Avropa İttifaqı Moldovanın müdafiəsini gücləndirir

Financial Times (FT) yazır ki, Moldova və Avropa İttifaqı gələn həftə müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsinə dair saziş imzalamağı planlaşdırır.

Əməkdaşlıq çərçivəsində Kişinyov və Brüssel kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq və birgə hərbi təlimlər keçirmək niyyətindədir.

Qəzetin yazdığına görə, Moldova Avropa İttifaqı üçün birgə silah tədarükünü də proqrama daxil etməyi planlaşdırır. FT qeyd edir ki, respublikanın Konstitusiyası Moldovanın daimi neytrallığını və onun NATO-ya üzvlüyünü istisna edir.

Qəzeti bildirir ki, yeni saziş Moldovanın Aİ-nin müdafiə fəaliyyətlərində iştirakını gücləndirməyə yönələcək. Tərəfdaşlıq, həmçinin xarici müdaxilə, kiberhücumlar və terrorizmdən müdafiə sahələrində əməkdaşlığı genişləndirmək məqsədi daşıyacaq.

S.ELAY

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
xalqqazeti.az

1Mənbələr