AZ

Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağın risklərindən xəbərdardır — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Diskussiya Klubunun 4-cü Mərkəzi Asiya Konfransında bildirib ki, Mərkəzi Asiya ölkələri Qərblə yaxınlaşmaqdan və anti-Rusiya sanksiyalarına qoşulmaqdan bütün riskləri və potensial zərəri dərk edirlər.
"Biz əminik ki, Mərkəzi Asiya paytaxtlarında onlar Qərblə həddən artıq yaxınlaşmanın, onun mesajlarına əməl edərək, istənilən anti-Rusiya sanksiyalarına qoşulmağın bütün risklərini və potensial təhlükələrini bilirlər", - deyə baş diplomat qeyd edib.
"Görünür, xaricdə və Brüsseldə sadəlövhcəsinə düşünürlər ki, Mərkəzi Asiya ölkələri Qərbin bu ekspansiyasına müqavimət göstərməyəcəklər", - Qaluzin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr