AZ

Blinken təcili şəkildə Kiyevə gəlib

ABŞ dövlət katibi Entoni Blinken "Ukraynanın Rusiyanın təcavüzü qarşısında öz azadlığını qorumasına sarsılmaz dəstəyini nümayiş etdirmək üçün" bu gün Kiyevə əvvəlcədən elan olunmamış səfərə gəlib, xəbəri Dövlət Departamenti yayıb.

Blinken hərbi əməliyyatları, ABŞ-ın yeni yardımını, təhlükəsizlik sahəsində uzunmüddətli öhdəlikləri, habelə Ukraynanın iqtisadi cəhətdən bərpasına cari dəstək işlərini müzakirə etmək üçün prezident Vladimir Zelenski, baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək, deyə məlumatda bildirilir.

Cəbhədə cari vəziyyətə gəlincə, Vaşinqton hesab edir ki, Rusiya qoşunları gələn həftə Xarkov istiqamətində irəliləyiş əldə etməyə çalışacaq.

"ABŞ-ın əlavə yardımı və tərəfdaşların daimi dəstəyi Ukraynanın bu təcavüzə qarşı mübarizəsini davam etdirməsinə imkan verəcək. Biz əvvəlki kimi Ukraynanın bu müharibədə əsas üstünlükləri əlində saxladığına, ölkənin silahlı qüvvələrinin isə səmərəli döyüş gücünü qoruyub saxladığına əminik", deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçirilən brifinqdə Turan-ın sullarına cavabda bildirib.

RƏM, artilleriya mərmiləri, zirehli texnika və tank əleyhinə vasitələr də daxil olmaqla, cümə günü açıqlanan sonuncu hərbi paket Ukraynanın təcili ehtiyaclarını qarşılamağa kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
turan.az

1Mənbələr