AZ

ABŞ Rusiyadan uran idxalına qadağa qoyub

ABŞ prezidenti Co Bayden Rusiya uranının idxalını qadağan edən ikitərəfli qanun layihəsini imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan açıqlayıb.

Onun sözlərinə görə, bu, ABŞ-nin enerji ilə iqtisadi təhlükəsizliyini gücləndirəcək və nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaldacaq. Eyni zamanda, bu qanun Amerikanın nüvə sektorunda liderliyini bərpa edir.

Yeni qanun 90 gündən sonra qüvvəyə minəcək.

 

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
iqtisadiyyat.az

1Mənbələr