AZ

Erməni ordusu təlimə başladı: yeni texnologiyanı məşq edir

Ermənistan ordusu mayın 14-də strateji komanda-qərargah təlimlərinə başlayıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimin məqsədi ordunun dislokasiya planlarının və döyüş yerləşdirilməsinin praktiki icra vəziyyətinin yoxlanılması, cəlb edilmiş qüvvələrin, vasitələrin və idarəetmə orqanlarının döyüş (nəzarət) imkanlarının öyrənilməsi, o cümlədən müxtəlif hərbi hissə və bölmələrin qərargahları arasında qarşılıqlı əlaqə, zabitlərin döyüş əməliyyatlarının hazırlanması və aparılması bacarıqlarını inkişaf etdirmək, döyüş əməliyyatlarının ahəngdarlığının artırılmasıdır.

Canlı atəş avtomatik idarəetmə sistemləri və müasir avadanlıqlardan istifadə edilməklə həyata keçiriləcək. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
25
olaylar.az

10Mənbələr