AZ

"Kızılcık Şerbeti"nin Nilayı narkotikə görə həbs edilib?

Türkiyənin "Kızılcık Şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelekin narkotik maddə sifariş etdiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, aktrisanın narkotik sifariş etdiyi şəxs polis tərəfindən şübhəli bilinərək nəzarətə alınıb. Həmin şəxsin üzərindən 1.5 qram kokain tapılıb. O, məhkəmənin qərarı ilə həbs edilib. Aktrisanın isə sifariş etdiyi narkotik maddələri ala bilməməsi səbəbiylə haqqındakı cinayət təqibinin dayandırılması qərarı verilib.

Polis tərəfindən aparılan axtarış zamanı onun evindən və üzərində narkotik maddə tapılmayıb.


Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
teleqraf.com

3Mənbələr