AZ

“Paşinyan hakimiyyəti sülhə daha tez addımlayır“- Mehman İsmayılov

"Ümumiyyətlə Ermənistanda gedən proseslərdə Paşinyan hakimiyyəti sülhə daha tez addımlamağa sövq edir".

Politoloq Mehman İsmayılov bunu News365.az-a amıqlamasında deyib. 

"Qazaxıstanda görüşün keçirilməsi Azərbaycanın uğuru sayılır. Vasitəçisiz görüşün keçirilməsi və Qazaxıstanın sadəcə ev sahibliyi rolunda çıxış etməsi və Azərbaycanla Ermənistanın Xarici İşlər Nazirlərinin birbaşa danışıqlar aparıb, sonra da hər iki tərəfdən bu danışıqların konsturuktiv ruhda aparıldığı barədə bəyanat verməsi çox pozitiv bir haldır. Ararat Mirzoyanın söylədiyi kimi Azərbaycanla biz kommunikasiyaların açılması tərəfdarıyıq ifadəsinin arxasında Zəngəzur dəhlizi ətrafında mövqelərin yaxınlaşması hiss edilməkdədir. Ümumiyyətlə Ermənistanda gedən proseslərdə Paşinyan hakimiyyəti sülhə daha tez addımlamağa sövq edir. Çünki Gürcüstanda və Ermənistanda kütləvi aksiyalar keçirdilir. Ermənistanda və Gürcüstanda Qərblə Rusiyanın qarşıdurması mövcuddur. Belə bir vəziyyətdə Azərbaycan və Ermənistanın Alma-atada keçirdikləri görüşlərdə birinci olaraq ərazi bütövlüyünün tanınması və suveren hüquqların tanınması məsələsi tam müzakirə edilmiş vəziyyətdədir. Əsas məsələ Ermənistan üçün Kommunikasiyaların açılması, çərçivə sazişinin imzalanacağından sonra baş verəcəkdir"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
news365.az

1Mənbələr