AZ

"Rabitəbank" 10 milyon manat borc axtarır

"Rabitəbank" 10 milyon manat borc axtarır.  

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bankın 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Sözügedən istiqtazların mayın 15-də BFB-də yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların nominal dəyəri 100 manat, sayı 100 min ədəddir. Gəlirliyi 9,5%, tədavül müddəti 2 il olan istiqrazların kupon ödənişləri isə rübdə bir dəfə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter isə bankın 100% səhmdarı olduğu “Capital Partners İnvestisiya Şirkəti”dir. 

Qeyd edək ki, “Rabitəbank” xarici maliyyə instututlarında da maliyyə vəsaiti cəlb etməkdə davam edir. Ötən ilin sentyabr ayında bank Beynəlxalq İslam Korporasiyasından (İTFC) 10 milyon dollar həcmində akkreditiv müqavilə imzalayıb. İslam maliyyəsi kimi cəlb etdiyi vəsaiti adi biznes krediti şərtləri təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
iqtisadiyyat.az

2Mənbələr