AZ

BMT: "Qəzzada yardım işçiləri də daxil olmaqla heç kim təhlükəsiz deyil"

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini \"X” sosial media hesabında Qəzzada BMT-nin avtomobilinə edilən və bir əməkdaşının həyatını itirdiyi hücumla bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Qəzzada daha bir yardım işçisinin öldürüldüyünü və bu şəxsin də BMT-nin təhlükəsizlik bölməsindən olduğunu qeyd edən Lazzarini Qəzzada BMT-də çalışan çox sayda insanın öldürüldüyünü vurğulayıb.

İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana təkcə UNRWA-dan 188 komanda üzvünün öldürüldüyünü xatırladan Lazzarini deyib:

\"Qəzzada yardım işçiləri də daxil olmaqla, heç kim təhlükəsiz deyil\".

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
azxeber.com

1Mənbələr