AZ

Hitlerin səhvini Rusiya edir - Feldmandan şok

Andrey Belousovun təyinatı Ukraynaya radikal şəkildə kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu “Redaksiya Germaniya” qəzetinin redaktoru Boris Feldman deyib.

Onun sözlərinə görə, yeni nazirin gəlişi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyində ordunun idarə olunmasına təsir edəcək təmizləmələr qaçılmazdır:

“Belousov Zelenskini yox, Şoyqunu məğlub etmək üçün gəldi. Qanı tökülən, lakin eyni zamanda irəliləyən Rusiya ordusu bu gün müdafiə nazirinə tabedir. Bu ordunun mayın ortalarından yayın ortalarına – ABŞ-ın hərbi yardımı və F-16-ların ilk eskadrilyası gələnə qədər hücum etmək kimi unikal imkan pəncərəsi var. Əgər bu pəncərə yeni nazirin Şoyqunun komandasını Müdafiə Nazirliyindən qovması nəticəsində itirilsə, onda bu, Ukraynanı ərazi və insan itkilərindən xilas edəcək”, - Feldman bildirib.

Feldman buna misal olaraq Hitlerin 1941-ci ilin yazında Yuqoslaviyaya hücum səbəbindən SSRİ-yə qarşı əməliyyatları maydan iyuna keçirməsini göstərib:

“Nəticədə soyuq havalar başlamazdan əvvəl alman ordusunun Moskvaya çatmağa vaxtı olmadı, bu da şəhər uğrunda gedən döyüşdə Vermaxtın məğlubiyyətinin səbəblərindən biri idi. Beləliklə, mümkündür ki, bu əsrin ikinci yarısının tarixçiləri Avropadakı son böyük müharibəsinin ən kritik anlarından birində “Belousov faktoru”nu xilasedici təsadüf kimi təqdim etməli olacaqlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
7
axar.az

8Mənbələr