AZ

AFFA-nın "Qəbələ" ilə bağlı planı məlum oldu: Akademiya və infrastruktur necə olacaq?

AFFA cari mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edəcək "Qəbələ" klubuna dəstək olacaq.

Publika.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin ötən gün baş tutan iclasında qərara alınıb. Müzakirələr zamanı akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilməsi qərara alınıb.

AFFA bir ay ərzində bu istiqamətdə bölgə təmsilçisi ilə intensiv işləyəcək. Komitənin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının əsasnaməsinə əsasən ardıcıl 2 mövsümdür çempionatı sonuncu sırada başa vuran komanda elitanı tərk edir və Birinci Liqada mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
publika.az

1Mənbələr