AZ

Azərbaycanda bu bölgənin camaatı futbolu sevir: “Bizə dəstək olan yoxdu”

Sabirabad rayonunda kəndlər arası futbol çempionatında yaşananlar gündəm olub. Belə ki, “Yenikənd” və “Qəzli” komandaları arasında keçirilən final qarşılaşmasında görüşün hakimi Orxan Məhərrəmli penalti təyin edib. Qapıçı topu qaytarsa da, yan xətt hakimi penaltinin təkrarlanmasını istəyib. Bunun ardından yarışın təşkilatçısı epizodu telefonla çəkdiyini və baş hakimi penaltini izləməsi üçün kənara dəvət edib.

Sosial şəbəkələrdə böyük maraqla qarşılanan görüntülər minlərlə insan tərəfindən izlənib. Futbolsevərlər bir anda “Sabirabadda VAR” başlıqları ilə həmin anları paylaşmağa başlayıb. Oyunda nələr baş verdiyini öyrənmək üçün matçın baş hakimi Orxan Məhərrəmli ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:

“Bir epizodda penalti qərarı verdim. Qapıçı topu qaytardı. Daha sonra yan xətt hakimi penaltinin təkrarlanmasını istədi. Kənarda təşkilatçı epizodu telefonla çəkdiyini və izləməyimi istədi. Mən də epizodu izlədikdən sonra penaltinin təkrarlanmasına ehtiyac duymadım. Oyuna maraq çox böyük idi. İki mindən çox azarkeş gəlmişdi stadiona.

Turniri hansısa qurum, idarə yox, həvəskar insanlar təşkil edib. Rayonda futbola böyük maraq var. Gənclər futbol üçün “yanır”. Bunları özümə görə demirəm. Sabirabadda futbolu bərpa etmək lazımdır. Sadə bir futbol turnirinə nə qədər vəsasit gedər ki? Onu belə ayıran yoxdur. Bizə heç kim kömək etmir”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
idmanxeber.az

1Mənbələr