AZ

İrəvanın mərkəzində aksiya başlayıb

İrəvanın mərkəzində Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş başlayıb.

“Cebhe.info” xəbər verir ki, İrəvanda səhər tezdən dinc itaətsizlik aksiyaları yenidən başlayıb. Vətəndaşlar qısa müddətə Abovyan, Teryan, Hraçya, Moskovyan və Respublika küçələrini, həmçinin Nalbandyan-Sayat-Nova və Tumanyan-Xancyan kəsişmələrini bağlayıblar.

Sayat-Nova-Abovyan kəsişməsində gənclərə qoşularaq yolu kəsən sürücülərdən biri polis tərəfindən avtomobildən çıxarılaraq nəzarətə götürülüb. Abovyan küçəsi ilə kifayət qədər izdihamlı yürüş Respublika meydanına çatanda “qırmızı beretlilər” xüsusi təyinatlılar yenidən vətəndaşları zor tətbiq etməyə başladılar.

Hazırda paytaxtın bir neçə küçəsində çoxlu sayda polis qüvvələri cəmləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
cebheinfo.az

1Mənbələr