AZ

Nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq

Nadir

Stokholm, 14 may, Nərgiz Cəfərli, AZƏRTAC

Danimarkada 72 milyon dollardan çox dəyəri olan nadir sikkə kolleksiyası 100 ildən sonra hərraca çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, danimarkalı sikkə kolleksiyaçısı Lars Emil Bryun hələ uşaqlıq illərində - 1850-1860-cı illərdə sikkə kolleksiyası yaratmağa başlayıb. O, topdan yağ satışı nəticəsində əldə etdiyi gəlirin hesabına 20 min sikkədən, medal, jeton və Danimarka, Norveç və İsveç əsginaslarından ibarət böyük kolleksiya toplayıb.

Kolleksiyanı bazara çıxarılan ən qiymətli qlobal sikkə kolleksiyası adlandıran ABŞ hərrac evi tezliklə Bryunun kolleksiyasını satmağa hazırlaşır.

Kolleksiya hərraca çıxarılmazdan əvvəl Danimarka Milli Muzeyinə yeddi sikkə almağa icazə verilib.

“Yeddi sikkənin hamısı özünəməxsus şəkildə unikaldır və çox yaxşı qorunub saxlanılır. Milli Muzeydə mövcud olan sikkələr kolleksiyasını tamamlamaq üçün diqqətli seçim etdik”, - deyə mətbuat üçün açıqlamada Milli Muzeydə sikkələr və medalların kolleksiyasına cavabdeh olan Helle Horsnesin sözləri sitat gətirilir.

Birinci Dünya müharibəsinin sonunda Bryunun vəsiyyətində sikkə kolleksiyası ilə bağlı ciddi göstərişlər yer almışdı.

“Ölümümdən sonra 100 il ərzində bu kolleksiya Kral Sikkə və Medal Kolleksiyası üçün ehtiyat kimi xidmət edəcək. Bununla belə, əgər növbəti əsrdə milli kolleksiya toxunulmaz qalarsa, o, açıq hərracda satılacaq və əldə olunan gəlir mənim birbaşa varisim olan şəxslərə veriləcək”, - deyə Lars Emil Bryun vəsiyyət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
azertag.az

1Mənbələr