AZ

"COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzundan xəbər verir" - DEPUTAT

"COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzundan xəbər verir" - DEPUTAT

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a kimi mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi qürurvericidir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə davam etdirilir:

"COP29 kimi ən nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin olduqca böyük əhəmiyyəti var. Bu il ölkəmizdə keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı keçirilən ən mötəbər toplantıdır. COP22 ölkəmizin tanıdılması və gələcək nəsillər üçün daha təmiz dünyanın saxlanmasına görə əhəmiyyətli tədbirdir. Noyabrın 11-də başlayacaq tədbirlə bağlı ölkəmizə 80 minə yaxın xarici qonaq gələcək. COP29 bu günə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq.

Deputat vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzundan xəbər verir:

"Nəzərə alsaq ki, Azərbaycan bu günə qədər müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.Bilirsiniz ki, cənab prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi. 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi dövlət tərəfindən ətraf mühitin və ekologiyamızın qorunmasına göstərilən böyük diqqətin sübutudur. COP29 kimi qlobal əhəmiyyət daşıyan tədbirin ölkəmizdə keçirilməsi dövlətimizin güclü potensialını bütün dünyaya nümayiş etdirəcəkdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
1
sonxeber.az

2Mənbələr