AZ

Azərbaycanda kimlər müdafiə sahəsinə rəhbərlik edə BİLMƏZ - AÇIQLAMA

Azərbaycanda kimlər müdafiə sahəsinə rəhbərlik edə BİLMƏZ - AÇIQLAMA

Bildiyimiz kimi, Vladimir Putin Sergey Şoyqunun yerinə yeni müdafiə nazirinin təyin edilməsini təklif edib. Şoyqunun yerinə vəzifəyə gələn şəxsin isə mülki şəxs olduğu bildirilir. Azərbaycanda isə vəziyyət fərqlidir. Müdafiə sənayesinə rəhbərlik edən şəxslərə diqqət yetirsək, əsasən hərbi müküləfiyyətli şəxslərdir. Bəs Azərbaycanda kimlər müdafiə sahəsinə rəhbərlik edə bilməz?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, Azərbaycanda Rusiyada əvvəlki şəxsdə müdafiə sahəsi üzrə mütəxəssis deyildi. Başqa sahələr üzrə çalışmış bir şəxs idi. Əsasən fövqəladə hallar sahəsində fəaliyyət göstərirdi və orduda xidmət keçməmişdi:

"Azərbaycanda da müdafiə naziri vəzifəsinə 92-93-cü illərdə mülki şəxs rəhbərlik edib. Amma bu müdafiə nazirinin mülki şəxs olması hələki bizdə mümkün deyil. Azərbaycan Respublikasının Konstitusiyasında bildirib ki, Azərbaycanda müdafiə sahəsinə rəhbərlik ilə bağlı hər hansı bir qadağa yoxdur. İstəyən şəxslər bu sahəyə rəhbərlik edə bilər. Amma əksər ölkələrdə, o cümlədən qardaş Türkiyədə müdafiə naziri mülki şəxs olurdu. O cümlədən Avropa ölkələrində fəaliyyət göstərən nazirlərdə mülki şəxsdir. Amma bizim müharibə şəraitində yaşamağımız sövq edirdi ki, müdafiə sənayesi rəhbərliyi hərbi mükəlləfiyyətli şəxs olunsun".

Ekspertin sözlərinə görə, Bu gün Türkiyədə müdafiə sahəsində ehtiyatda olan generallar rəhbərlik etməyə başlayıblar:

"Amma biz sülh şəraitinə tam şəkildə keçdikdən və qanunvericilikdə dəyişiklik etdikdən sonra bu sistemə keçə bilərik. Çünki nüdafiə naziri birbaşa təşkilatçı və təchizat işləri ilə məşğuldur. Əsas döyüş hazırlığı, müharibə aparmaq ilə bağlı məqamlar başqa məsələlərdir. Yəqin ki bir müddət keçdikdən sonra bu məsələ gündəmə gələ bilər. Əlbəttə ki, qonşu ölkə ilə sülh müqaviləsi bağlandıqdan sonra bu məsələyə baxila bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
sonxeber.az

1Mənbələr