AZ

Aya növbəti addım atacaq ölkə hansı olacaq?

Aya doğru istiqamətlənən “Apollo-11” kosmik gəmisi ilk insanlı kosmosa uçuşudur.

Bu uçuşla 1969-cu ildə Buzz Aldrin və Neil Armstronq birlikdə Aya endi. Sonrakı 3 ildə “Apollon” səyahətləri zamanı daha 10 amerikalı Aya ayaq basdı.

“Cebhe.info” xəbər verir ki, sonuncu insan Ayı tərk etdikdən yarım əsr sonra Aya maraq yenidən canlandı.

ABŞ qaradərili amerikalı və qadın astronavt da daxil olmaqla Aya komanda göndərməyi planlaşdırır. Bir çox proqramlar təkcə Amerikada deyil, Çin və Hindistanda da həyata keçirilir.

Bəs Ay yarışında bu sürətlənmənin səbəbi nədir və 1960-cı illərdən nə ilə fərqlənir?

ABŞ-ın ilk insanlı səyahəti 1961-ci ildə Sovet İttifaqının Yuri Qaqarini Yer orbitinə çıxarmasına cavab idi.

Amerikanın Aya eniş uğuru böyük texnoloji sıçrayış olmaqla yanaşı, qlobal arenada səs-küyə səbəb olan siyasi uğur idi.

“The Economist” jurnalının baş redaktoru və “The Moon”un müəllifi Oliver Morton “Biz yerdən insanları götürüb Aya yerləşdirəcəyik” vədini həyata keçirməkdən gözəl nə ola bilər?” deyərək bu uğuru müsbət dəyərləndirir. 

Kimin Aya addım atacağı  sualının cavabını isə geosiyasi rəqabət və Ayın təbii sərvətlərinə çatmaq hədəfidir.

Müxtəlif ölkələr və hətta özəl sektorun bəzi nəhənglərin Yerin peykinə çatmaq məqsədi var.

Rusiya, Çin, Hindistan, Yaponiya və Avropa İttifaqı  son illərdə Ayın səthinə yumşaq şəkildə enməyi bacarıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
cebheinfo.az

1Mənbələr