AZ

Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi

"Bu gün İrəvanın qarşısında duran əsas vəzifə Azərbaycana Ermənistan ərazisindən Naxçıvanla təmas qurmaq üçün yol açılmasına şərait yaratmasıdır. Bu olarsa, qalan proseslərə ehtiyac qalmayacaq. Ona görə də birinci  məsələ yoldur və oradan başlamalıyıq, qalanı öz-özünə həll ediləcək".

Ölkə.Az xəbər verir ki, bunu Qarabağdan olan Samvel Babayan deyib.

Onun sözlərinə görə, bu gün əsas məsələ demarkasiya yox, yol məsələsidir. "Bu gün 4 kəndi, sonra anklavları qaytarmaq, konstitusiyanı, gerbi dəyişdirmək və sair məsələlər ortaya çıxacaq. Sonda isə yenə də yol vermək faktı ilə qarşılaşacağıq. Ona görə də deyirəm ki, Azərbaycan Ermənistanın suveren ərazisi vasitəsilə Naxçıvanla təmas qurulmasına imkan verilsin. Qalan proseslərə ehtiyac yoxdur", - Babayan qeyd edib.

O hesab edir ki, Azərbaycanla danışıqlar aparıb həll yollarını tapmaq lazımdır: "Onsuz da Türkiyə və Azərbaycan hər iki tərəfə yol çəkir, İran Ermənistan ərazisindən yol açmağın onlar üçün qırmızı xətt olduğunu deyir. Biz sərhədi dəyişmirik, biz Kalininqrad variantından istifadə edirik... Onun çərçivəsində Azərbaycanla danışıqlar aparıb həll yollarını tapmaq lazımdır. Birinci məsələ yoldur, oradan başlamalıyıq, qalanı özü həll edəcək".

Jurnalistin Azərbaycan “Zəngəzur dəhlizi” istəyir sualına sərt reaksiya verən Babayan deyib: "Yalan deyirsiniz, götürün Azərbaycan Prezidentinin köməkçisinin noyabr bəyanatını, orada deyir ki, Kalininqrad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil".

Babayan əlavə edib ki, Ermənistanın baş nazirinin dediyi kimi, iqtisadi və logistik ölkəyə çevrilməlidirlər: "Bunlar Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Orta Asiyanı birləşdirən yollardır. Rusiyadan qurtuluruq, azad yaşayırıq. İran buna qarşıdır, siz deyirsiniz ki, əleyhinə deyil. Vəziyyət o həddə çatana qədər gözləyək, görəcəksiniz. Onda deyəcəksən ki, barışmaq istəyirdik, olmadı. Biz başa düşməliyik ki, strategiyamız nədir. Biz İran, Gürcüstan üzərindən çıxış əldə edirik, yoxsa Türkiyə ilə Qərbə, Azərbaycanla Orta Asiyaya çıxış əldə edirik. Qərb bizdən bunu istəyir. Sən bunu demirsən, camaatı aldadırsan".

Keşiş Baqrat Srabazanın liderliyi altında başlanan aksiyaya gəldikdə Babayan müxalifətin bu aksiyasının gələcəyinə inanmadığını bildirib. "Hələ noyabr ayında demişəm ki, müxalifət mandatı yerə qoymursa, deməli, müxalifət yoxdur. Hamısı bir komandadır. 

Onsuz da bu gün müxalifətin Nikol Paşinyanın qərarlarına heç bir təsiri yoxdur. Sadəcə olaraq, hakim gücün bütün hərəkətlərini qanuniləşdirirlər", - Babayan qeyd edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
olke.az

2Mənbələr