AZ

Mitsotakis HƏMAS-ı terror təşkilatı adlandırdı, Ərdoğan müdaxilə etdi – Video


Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiryakos Mitsotakis arasında ikitərəfli görüş baş tutub.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Prezident iqamətgahında baş tutan görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
Kiryakos Miçotakis İsrailin Fələstinə hücumları ilə bağlı açıqlamasında HƏMAS-ı terror təşkilatı adlandırdıqda, Rəcəb Tayyib Ərdoğan söz alaraq, ”HƏMAS-ı terror təşkilatı adlandırsanız, mən bunu qəbul etməyəcəyəm. HƏMAS həm ölkəsini, həm də xalqını qoruyan müqavimət təşkilatıdır. İsrailin hücumlarında 45 min fələstinlisi öldürüldü. Biz Türkiyədə hələ də yaralanan fələstinliləri müalicə edirik. Sizə BMT-də Fələstinə verdiyiniz dəstəyə görə təşəkkür edirik. Ancaq HƏMAS bizim üçün terror təşkilatı deyil. Burada bizim fərqli fikirlərimiz var”, -  deyib.
Bundan sonra Mitsotakis, "Burada fikirlərimiz fərqlidir, ancaq biz də Fələstində sülhün ən qısa bir vaxtda bərqərar olmasını istəyirik. Bu, hamımızın ortaq fikridir”, - deyə bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
50
yeniavaz.com

10Mənbələr