AZ

Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Qusarda baş vermiş ekoloji hüquqpozmalar və digərqanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatverilib.

Ətraf mühitin qorunması və ekoloji vəziyyətinyaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlıinkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədləmövcud ekoloji problemlərin aradan qaldırılması, o cümlədənyaşıllıqların qorunması və bərpası naminə genişmiqyaslı işlərgörülür.

Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanunpozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikasıdaim diqqət mərkəzində saxlanmaqla, təbiətin mühafizəsinintəkmilləşdirilməsi ilə bağlı prioritetlər üzrə dövlət qurumları, ocümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə fəaliyyət həyatakeçirilir.

Belə ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədədaxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırmaaparılıb.

Araşdırmalarla, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindənsui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fondunaaid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildədəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhərbələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan vəitkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifəsaxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraqmüxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrindəmüxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsinəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslışübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkətiprotokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlətqurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlətəsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (küllimiqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifəsəlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri iləcinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinətapşırılıb.

Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə dəibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətinməlumatlandırılması təmin ediləcəkdir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
49
az.trend.az

10Mənbələr