AZ

Rusiya Xarici İşlər Nazirliyi Asiyada rəngli inqilablar təhlükəsindən danışdı

Qərb ölkələri Mərkəzi Asiyanın resurslarına çıxış əldə edən kimi regionda rəngli inqilablar təhlükəsi yaranacaq, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyir.

Onun sözlərinə görə, indi Vaşinqton və Brüssel resurs bazası, nəqliyyat arteriyaları və sudan istifadə sisteminə nəzarəti ələ keçirmək üçün Mərkəzi Asiya ölkələrində “vicdansız oyun oynayır”.

“Bu məqsədlərə nail olduqdan sonra Mərkəzi Asiya dövlətlərinin hökumətləri Qərb üçün yoldaş olmaqdan əl çəkəcək və müvafiq olaraq, rəngli inqilablar təhlükəsi özünü tam şəkildə büruzə verəcək”, - Qaluzin IV Mərkəzi Konfransın açılışında çıxış edərkən deyib.

Turkustan.az xəbər verir ki, eyni zamanda, Rusiya bu regionun etibarlı tərəfdaşı olaraq qalır, diplomat vurğulayıb.

Bu gün Ufada “Valday” beynəlxalq diskussiya klubunun konfransı işə başlayıb. İştirakçılar təhlükəsizlik, miqrasiya, ekologiya, iqtisadiyyat və Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqə mövzularını müzakirə edəcəklər.

Bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ-nin Mərkəzi Asiya ölkələrinin nəqliyyat infrastrukturuna investisiya yatırmaq planları Rusiyaya qarşı yönəlib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
turkustan.az

1Mənbələr