AZ

TƏCİLİ: İrəvanı tələbə HƏRƏKATI BÜRÜDÜ, Paşinyan zəif yerindən VURULDU – keşişi YALLI İLƏ QARŞILADILAR

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhər tezdən İrəvanın

mərkəzi küçələrini bağlamağa çalışırlar, polis onları saxlamağa başlayıb. Bu barədə TASS məlumat yayıb.

Nümayişçilər mərkəzi Saxarova meydanında, hökumət binalarının yaxınlığında aksiya keçirirlər. Ermənistanın xüsusi təyinatlı polis qüvvələri ətraf küçələrin bağlanmasının qarşısını almağa çalışır.

"Əgər həqiqəti deməyə cəsarətiniz yoxdursa, universitet tələbələrinin bu cür cəsarəti var..."

Bunu Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan deyib. Onun çağırışı ilə bir qrup şəxs səhər tezdən İrəvanın bəzi küçələrini yenidən bağlayıb.

Baqrat isə akademiyaya, təhsil müəssisələrinə sərbəst şəkildə daxil olaraq hər kəsi hədələyir, şantaj edir. “Sabah universitetə gedib həm Elina Asriyana, həm də rektor Ovannes Ovannisyana xəbərdarlıq edəcəm ki, sərhədi keçməsinlər. Həqiqəti deməyə cəsarətin yoxdursa, universitet tələbələri bunu edir. David Qyurjinyana xatırladıram, şayiələr dolaşır ki, siz müəllimləri yığıb hədələmisiniz ki, heç kimin heç nədə iştirak etmək hüququ yoxdur. Bir gün əvvəl qapıları bağladın və hər şeyi yuxarıdan lentə aldın. Bu sənə yaraşmır”, - deyə Baqrat universitet rəhbərliyini hədələyib.

Çox maraqlıdır ki, keşişin bu qanunsuz hərəkətinə Paşinyan hakimiyyəti loyal yanaşır. Belə nəticəyə gəlmək olar ki, əslində Baqrat Paşinyanın öz adamıdır və onun tapşırığını yerinə yetirir. Məqsəd “xalq etirazı”nı nümayiş etdirməklə, danışıqlar prosesini pozmaq və ya Azərbaycandan hansısa güzəştlər tələb etmək ola bilər.

Bu və gündəmdəki digər xəbərlrəi bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
musavat.com

2Mənbələr