AZ

Ronaldo bu brendin səfiri oldu

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo WHOOP fitnes qolbaqlarının səfiri olub.

Publika.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Uill Əhməd məlumat verib.

“Ronaldo performansını yaxşılaşdırmaq üçün son iki ildə bizim məhsulu geyinir. Mən onu genişlənmə səyahətimizdə tərəfdaş adlandırmaqdan məmnunam”, - deyə iş adamı sosial şəbəkə hesabında yazıb.

Ronaldo da əməkdaşlığa münasibət bildirib: “WHOOP-un rəsmi tərəfdaşı olmaqdan qürur duyuram. Tezliklə sizi maraqlı xəbərlər gözləyir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
publika.az

2Mənbələr