AZ

"Rabitəbank" 10 mln. manat həcmində istiqraz buraxır

18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

"APA-Economics" xəbər verir ki, 15 may 2024-cü il tarixində BFB-də "Rabitəbank"ın istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Qeyd edək ki, faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların nominal dəyəri 100 manat, sayı 100 min ədəddir. Gəlirliyi 9,5%, tədavül müddəti 2 il olan istiqrazların kupon ödənişləri isə rübdə bir dəfə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
apa.az

1Mənbələr