AZ

Moldova ilə Avropa İttifaqı arasında hərbiSAZİŞ İMZALANACAQ

Moldova və Avropa İttifaqı arasında yeni saziş imzalanacaq. Müdafiə sahəsində tərəfdaşlığı gücləndirəcək sazişin gələn həftə imzalanması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu haqda "Financial Times" hazırlanan sənədə istinadla məlumat yayıb. Sazişə əsasən  Kişinyov və Brüssel kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq və birgə hərbi təlimlər keçirmək niyyətindədir.

Nəşrin yazdığına görə, Moldovanın da Avropa İttifaqı üçün birgə silah alışı proqramına daxil edilməsi planlaşdırılır. Xatırladaq ki, ölkənin Konstitusiyası Moldovanın daimi neytrallığını elan edir və onun NATO-ya üzvlüyünü istisna edir.

Yeni saziş Moldovanın Aİ-nin müdafiə fəaliyyətlərində iştirakını gücləndirmək məqsədi daşıyır. Tərəfdaşlıq həmçinin xarici müdaxilə, kiberhücumlar və terrorizmdən müdafiə sahələrində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Nəşr yazır ki, saziş Rusiyadan mümkün təhlükələr fonunda imzalanacaq. Mart ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Moldovanın etnik rus əhalisini qoruyacaq və Kişinyovun Kiyevin “yolu” ilə getmək riski var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
ikisahil.az

1Mənbələr