AZ

Kənar vasitəçilər regionda geopolitik maraqlarını reallaşdırmağa çalışırlar- ÖZƏL

"Bu gün Azərbaycanla təhdid dilində danışmağa cəhd edirlər. Şuşadakı görüşdə prezidentin nitqindəki müharibə ilə bağlı sərt ritorika əslində bir mesaj idi. Ermənistan sülhü pozarsa biz məsələni müharibə yolu ilə həll edəcəyik deyə - bu Ermənistandakı revanşistlərə ünvanlanmış bir mesaj idi və bir də hesab edirəm ki, bu mesaj bəzi qərb dövlətlərinə idi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Bu gün Ermənistan hakimiyyəti anlayır ki, 2020-ci ildən bu yana hansı yola əl atdılarsa nəticə onlar üçün xoşagələn olmadı və ona görə də onlar sülh danışıqlarını hazırda davam etdirir. Lakin bu gün hakimiyyətin istefasını istəyən aksiyaçıların arxasında dayanan onların havadarları hələ də bilə-bilə ki, Azərbaycan Ermənistandan nə qədər üstündür yenə də Ermənistanı sülhə davam etməkdən çəkindirməyə çalışırlar. Kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geopolitik maraqlarını reallaşdırmağa çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
olaylar.az

1Mənbələr