AZ

Milli Məclisin sədri Sinqapura səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-də Sinqapur Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “Sinqapur Çanqi” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Sinqapur Respublikasında bir sıra rəsmi görüşləri nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
apa.az

10Mənbələr