AZ

Tənqidçi rejissor İrandan qaçıb

Bir neçə gün əvvəl barəsində 8 il həbs qərarı çıxarılan tanınmış rejissor Məhəmməd Rəsulov qaçaq yolla İranı tərk edib.

Bu barədə o özünün sosial mediada hesabında paylaşım edib.

7 il əvvəl pasportunun əlindən alındığını və ölkədən çıxışına qadağa qoyulduğunu deyən   rejissor paylaşımında hazırda təhlükəsiz yerdə olduğunu deyib və ölkədən çıxmasına yardım edənlərə təşəkkürünü bildirib.

O, hazırda Avropa ölkələrinən birində olduğunu desə də, sığındığı ölkənin adını açıqlamayıb.

Qeyd edək ki, son illərdə Rəsulov İslam Respublikasını sərt tənqid etdiyi və tənqidi filmlər çəkdiyi üçün, İran hökumətinin məhkəmə və təhlükəsizlik orqanları tərəfindən davamlı olaraq mühakimə olunub.

Rəsulov sonuncu dəfə 2022-ci ilin iyununda həbs edilib və 7 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Cari ilin may ayının 8-də isə Tehranın İnqilab Məhkəməsi "əlbir olmaq, bəyanatlar yaymaq və sənədli filmlər hazırlamaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq" ittihamına görə rejissor barədə 8 il həbs qərarı çıxarıb.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
visiontv.az

1Mənbələr