AZ

Ukrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ

Ukraynada hərbi əməliyyatlar ən azı 10 il davam edə bilər.

Musavat.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Polskie Radio”nun efirində deyib.

"Ümumilikdə, bu cür münaqişələr təxminən 10 il davam edir”, - deyə Polşanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Sikorski hesab edir ki, NATO ölkələri potensial eskalasiyaya lazımi şəkildə hazır olsalar, Rusiya onlara hücum etməyəcək. Onun fikrincə, hadisələrin bu cür inkişafını tamamilə istisna etmək olmaz.

Qeyd edək ki, bundan əvvəl Almaniya Kansleri Olaf Şolts da Ukraynadakı münaqişənin daha bir neçə il uzana biləcəyini bildirmişdi. Onun fikrincə, heç kim münaqişənin beş il davam edib-etməyəcəyini deyə bilməz.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
musavat.com

2Mənbələr