AZ

Erməni ordusu təlimə başladı: yeni texnologiyanı məşq edir

Mayın 14-də Ermənistan ordusunda strateji komandanlığın növbəti hərbi təlimi başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təlimin məqsədləri ordunun döyüş yerləşdirmə planlarının praktiki icrasının yoxlanılması, qüvvələrin döyüş (idarəetmə) imkanlarının öyrənilməsidir.

Strateji komanda-qərargah hərbi təlimi çərçivəsində avtomat idarəetmə sistemləri ilə təchiz edilmiş təlim avadanlıqları və müasir texnologiyalardan istifadə edilməklə, döyüş atışlı çoxlu sayda taktiki təlimlər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
axar.az

10Mənbələr