AZ

Naxçıvanda elektrik avtomobilləri ilə bağlı YENİLİK

Naxçıvan Muxtar Respublikasında elektrik avtomobilləri üçün doldurma stansiyaları quraşdırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Dövlət Nəqliyyat Xidməti hazırlıq işlərinə başlanılıb.

İlkin mərhələdə bu doldurma stansiyalarından 10 ədəd quraşdırılması planlaşdırılıb.

Stansiyaların 1000VDC-ə qədər geniş gərginlikli çıxışı, mikroavtobuslar, yük maşınları və e-avtobuslar da daxil olmaqla gələcək nəsil elektrikli nəqliyyat vasitələri üçün şarj etmək imkanı, eyni zamanda minimum 2 nəqliyyat vasitəsinin doldurulması imkanı olmalıdır.

Həmçinin çıxış gərginlik diapozonu 200-1000V, maksimal çıxış cərəyanı 800A, maksimum çıxış gücü 120 KW, gərginlik dəqiqliyi ± 0,5 %, cari dəqiqlik ± 1% olmalıdır.

Stansiyalarda beynəlxalq mühitdə 6 ən geniş yayılmış elektrikli avtomobil modellərinə xidmət uyğunluğu təşkil edilməlidir.

Qeyd edək ki, Dövlət Xidməti sözügedən stansiyaların quraşdırılmasına 539 998 manat vəsaitin sərf olunacağını ehtimal edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
iqtisadiyyat.az

2Mənbələr