AZ

"Qadın həmrəyliyi deyə bir şey yoxdur" - Meloni

İtaliyanın ilk qadın baş naziri Giorgia Meloni qadınların bir-biri ilə həmrəylikdən çox rəqabətə üstünlük verdiyini bildirib. 

"Unikal" xəbər verir ki, məşhur diktor Diletta Leottanın podkast proqramında çıxış edən sağçı baş nazir qadın həmrəyliyinin məhv edilməsinin kişilərin günahı olduğunu da qeyd edib. Meloni, ana olan qadınlar üçün vəziyyətin fərqli olduğunu və uşaqlı qadınların "cəbhədəki əsgərlər kimi" digər anaları dəstəklədiyini müdafiə edib. 

Ailə dəyərlərini tez-tez tərifləyən Meloni İtaliyada kişilərin üstünlük təşkil etdiyi siyasətdə qadınların bir-birini çox dəstəkləmədiyini açıqlayıb.

"Qadınlar dediklərindən daha az sadiqdirlər", - deyə İtaliya lideri  vurğulayıb. 

47 yaşlı Meloni ötən il aparıcı həyat yoldaşı Andrea Giambrunodan ayrılıb. Onların bir qız övladı var. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
23
unikal.az

10Mənbələr